bazar 5 aprel 2026 - 03:20
Danışıqlara ümid bağlamaq yalnız sionist rejimin mənafelərini qorumaq üçündür

Hövzə / Elmi Hövzələrin İdarəetmə Mərkəzi bir bəyanatında bildirdi: Son 12 ilin təcrübəsi göstərir ki, İslam sistemini məhv etməyə qəsd etmiş, özünü heç bir razılaşmaya sadiq və bağlı hesab etməyən və yalnız cinayətkar və işğalçı sionist rejimin mənafelərini prioritet sayan düşmənlə danışıqlara və barışa ümid bağlamaq qətiyyən İran xalqının mənafelərini təmin edə bilməz.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi hövzələrinin İdarəetmə Mərkəzi bəzi düşünülməmiş açıqlamalara reaksiya olaraq mühüm bir bəyanat yayımlayıb.

Ölkənin Elmi hövzələrinin İdarəetmə Mərkəzinin bəyanatının mətni aşağıdakı kimidir:

بسم الله الرحمن الرحیم

لَّئِن لَّمْ یَنتَهِ الْمُنَافِقُونَ وَالَّذِینَ فِی قُلُوبِهِم مَّرَضٌ وَالْمُرْجِفُونَ فِی الْمَدِینَةِ لَنُغْرِیَنَّکَ بِهِمْ ثُمَّ لَا یُجَاوِرُونَکَ فِیهَا إِلَّا قَلِیلًا. (احزاب ٦٠)

Bağışlayan və mehriban Allahın adı ilə 

Əgər münafiqlər, qəlblərində xəstəlik olanlar və Mədinədə yalan şayiələr yayanlar (bu əməllərindən) vaz keçməsələr, əlbəttə, səni onların üstünə göndərərik. Sonra onlar orada səninlə yalnız az bir müddət qala bilərlər. (Əhzab, 60)

ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı vəhşicəsinə təcavüzü və çoxlu sayda insanların, komandirlərin və həmçinin mülki şəxslərin, uşaqların və məktəblilərin, xüsusilə də Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) dünya zalımlarının əli ilə şəhid edilməsi yalnız hakimiyyət sisteminin əhd‑peymanı pozan və vəhşi mahiyyətini daha da aşkar etməklə yanaşı, həm də İslam ümmətinin bədəninə yeni bir ruh üfürdü və İran xalqının heyrətamiz qiyamına, şəhid Ayətullah Seyid Əli Xameneinin ifadəsi ilə desək, xalqın “oyanış və agahlığına” səbəb oldu.

Hazırda isə İslam Respublikasının silahlı qüvvələrinin inadkar düşməni peşmanedici şəkildə cəzalandırmaqda göstərdiyi qüdrət və böyük qələbələrə şahid olduğumuz bir vaxtda müqavimət cəbhəsi də özünü yenidən toparlayaraq Amerika və sionist düşmənə təsirli zərbələr endirmiş, xalq isə misilsiz birlik və həmrəyliklə küçə və meydanların ön sıralarında dayanmışdır. Belə bir şəraitdə xalq arasında ixtilafa və həmçinin meydanda olan insanların qəzəbinə səbəb olan barış və təslim olmaq haqqında bəzi pıçıltılar, şübhəsiz ki, qəti şəkildə pislənilir və onu səsləndirənlərin rüsvay olmasından başqa heç bir nəticə verməyəcəkdir.

Son 12 ilin təcrübəsi göstərir ki, İslam dövlətini məhv etməyə bel bağlamış, heç bir razılaşmaya sadiq qalmayan və yalnız cinayətkar və işğalçı sionist rejimin mənafelərini prioritet sayan düşmənlə danışıqlara və barışa ümid bağlamaq, nikbin baxış, qeyri‑adi sadəlövhlük və son illərin acı təcrübələrini görməzlikdən gəlməkdir. Bu isə qətiyyən İran xalqının mənafelərini təmin edə bilməz. Əksinə, düşmən üçün yol açmaq və ona süni nəfəs vermək deməkdir.

Halbuki Ali Məqamlı Rəhbərin (Allah onun qorusun) bəyanatına əsasən düşməni peşman etmək, şəhidlərin qanının intiqamını almaq, məcburi müharibənin zərərlərinə görə təzminat almaq, ABŞ‑ın regiondan çıxarılması və Hörmüz boğazının idarəsinin qorunması müharibənin başa çatmasının şərtlərindəndir. Bu şərtlər eyni zamanda İran İslam Respublikasının rəşadətli xalqınında tələbidir.

Elmi hövzələrin İdarəetmə Mərkəzi bəzən ixtilaf yaradan mövqelər və fitnə doğuran sözlərlə qəhrəman İran xalqının və şəhid ailələrinin qəlbini ağrıdan şəxslərə ciddi xəbərdarlıq edərək bildirir ki, bu müharibə şəraitində cəmiyyətdə ikiliyə səbəb olan, xalq arasında ümidsizlik yaradan və silahlı qüvvələrin ruhiyyəsini sarsıdan hər hansı bir söz yayılması “ərcaf” (qorxu və təşviş yaradan təxribatçı şayiə yaymaq) nümunəsi hesab olunur. Həmçinin vurğulayaraq bildirib ki, müharibənin başa çatması üçün lazım olan şərtlərin müəyyən edilməsi İslam İnqilabının Ali Rəhbərinin səlahiyyətinə aiddir. Bu baxımdan məsul qurumlardan israrla tələb olunur ki, dövlətin rəsmi çərçivələrindən kənarda danışıqlar və sülh barədə fikir bildirən, düşmənin istəklərini məsələn, nüvə proqramına məhdudiyyət qoyulması, Hörmüz boğazının açılması və qarşılıqlı təcavüz etməmək haqqında müqavilənin imzalanması kimi təklifləri səsləndirən şəxslərlə bağlı zəruri və qabaqlayıcı tədbirlər görsünlər.

و ما النصر الا من عند الله العزیز الحکیم

“Qələbə yalnız qüdrətli və hikmət sahibi Allah tərəfindəndir.”

Qum Elmi hövzələrinin İdarəetmə Mərkəzi  

5 aprel 2026.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha